Home أخبار الرياضة ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq
أخبار الرياضة

ADU-nun rektoru: Kolumbiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri daha səmərəli olacaq

Share
Share
Trip.com WW


Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycan ilə Kolumbiya arasında olan dostluq münasibətlərinin inkişafından söz açıb, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Rektor Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin daim genişləndiyini, Kolumbiyanın ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq perspektivlərinin daha səmərəli olacağını qeyd edib.

Rektor səfiri Azərbaycan Dillər Universitetində həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. Rektor bu layihənin tələbələrin müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə birbaşa ünsiyyət qurmasına və beynəlxalq münasibətlər sahəsində biliklərinin zənginləşməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə səfir Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrini yüksək qiymətləndirib.

Səfir Azərbaycan ilə Kolumbiya arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu istiqamətdə həyata keçiriləcək birgə layihələr iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacaq.

Trip.com
Share

Leave a comment

اترك رد